525.Az

“Bakı Metropoliteni” istismarını başa vurmuş 7 ventilyatoru yenisi ilə əvəzləyəcək


 

“Bakı Metropoliteni” istismarını başa vurmuş 7 ventilyatoru yenisi ilə əvəzləyəcək<b style="color:red"></b>

“Bakı Metropoliteni” QSC-nin istismar müddətini başa vurmuş 7 ventilyatoru yenisi ilə əvəz ediləcək.

“Bakı Metropoliteni”ndən ONA-ya verilən məlumata görə, ventilyatorlardan 4-ü “VOM 24R”, 3-ü isə “VOM 20” tiplidir. Onların gücü müvafiq olaraq 75 və 55 kVt, məhsuldarlığı, texniki göstəriciləri Bakı metropoliteninin istismar şəraitinə tam uyğun və qənaətbəxşdir. Məhsuldarlığı ilə yanaşı, yeni ventilyatorların faydalı iş əmsalı, gücü, titrəyiş və səs-küy həddi və s. texniki göstəriciləri tələb olunan standartlara cavab verir.

Cari ilin may ayına qədər Bakıya gətirilməli olan 7 ventilyatordan ikisinin quraşdırılması üzrə işlər artıq başlayıb.

Yeni ventilyatorlar tunellərdə süni havalandırmanın keyfiyyətini bir neçə dəfə artıracaq. Əvvəlki ventilyatorlar 20-30 m3/saniyə məhsuldarlıqla işləyirdisə, yeni nümunələrin havalandırma imkanı 60-70 m3/saniyədir.

Bundan başqa, 2019-cu il ərzində tunel və stansiyaların təbii havalandırılması istiqamətində də mühüm işlərə başlanılacaq. Bu məqsədlə dünyanın qabaqcıl istehsalçılarının məhsulları araşdırıb, tətbiqinin mümkünlüyü, səmərəsi və digər texniki detalları öyrənilib.

 





13.04.2019    çap et  çap et