525.Az

"Bakı Metropoliteni" 6 yeni qatar alacaq


 

"Bakı Metropoliteni" 6 yeni qatar alacaq<b style="color:red"></b>

Bakı Metropoliteni cari ildə "81-765" tipli, "Metrovaqonmaş" istehsalı olan 6 qatar alacaq.

ONA-nın xəbərinə görə, bunu "Bakı Metropoliteni" QSC-nin Vaqonların əsaslı təmiri xidmətini rəisi Kamran İsmayılov deyib.

Onun sözlərinə görə, istismarını başa vurmuş 6 qatar xətdən kənarlaşıdırılacaq:

"Ümumiyyətlə, qatarların istimar müddəti 31 ildir. İstismarını başa vurmuş 81-714/717 tipli 6 qatar xətdən uzaqlaşdırılaraq, əvəzində bu il 81-765 tipli, "Metrovaqonmaş" istehsalı olan 6 qatar alınacaq. Bu qatarların istehsalında ən aparıcı sistemlər tətbiq olunub”.

 





13.04.2019    çap et  çap et