525.Az

Azərbaycanlı rejissor Qazaxıstanda yeni səhnə əsəri hazırlayıb


 

Azərbaycanlı rejissor Qazaxıstanda yeni səhnə əsəri hazırlayıb<b style="color:red"></b>

Azərbaycanlı rejissor Mikayıl Mikayılov Qazaxıstanda növbəti tamaşaya quruluş verib.

AZƏRTAC xəbər verir ki, K.S.Stanislavski adına Karaqanda Rus Dram Teatrında hazırlanan tamaşa rejissorun özü tərəfindən F.M.Dostoyevskinin "Dayımın yuxusu" povesti əsasında hazırlanıb. Rejissor səhnə əsərinin janrını "ikihissəli skandal-karnaval" kimi təyin edib. Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayevdir.

Səhnə əsərində rolları Denis Çvetkov, Qalina Turçina, Oksana İqnatenko, Anna Abuzarova, Alyena Volox, Pavel Kondratyev, Valentina Şmatenko, Svetlana Potyemkina, Nina Kruçevic, Yuliya Ulıbışeva ifa edəcəklər.

Tamaşanın premyerası aprelin 20-21-nə nəzərdə tutulur.

 





13.04.2019    çap et  çap et