525.Az

"Nəsimi ili-Nəsimi dili" festivalının açılışı olub


 

"Nəsimi ili-Nəsimi dili" festivalının açılışı olub<b style="color:red"></b>

Dünən Azərbaycan Teatr Xadimləri İttifaqında Bakı Uşaq Teatrının təşkilatçılığı ilə reallaşan "Nəsimi ili-Nəsimi dili" festivalının açılışı olub.

"Bir teatr, bir festival" layihəsi çərçivəsində gerçəkləşən festival "Nəsimi ili"nə həsr edilib.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov çıxış edərək festivalın əhəmiyyətindən söz açıb. Deyib ki, bu il Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə "Nəsimi ili" elan olunub. Bu baxımdan belə tədbirlərin təşkili xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, ölkədə "Nəsimi ili" çərçivəsində silsilə tədbirlər təşkil olunur, tamaşalar göstərilir, sərgilər açılır.

Natiq söyləyib ki, festivalın adının builki illə əlaqədar olaraq "Nəsimi ili-Nəsimi dili" olması təqdirəlayiqdir.

Bakı Uşaq Teatrının rəhbəri, Əməkdar artist İntiqam Soltan üçüncü dəfə təşkil olunan festivalla bağlı məlumat verib.

Qeyd edilib ki, iki gün davam edəcək bu festivalda Bakı Uşaq Teatrının yaradıcı heyəti Nəsimi poeziyasından nümunələrlə çıxış edəcək. Bununla yanaşı, digər teatrlarının aktyorları da festivala qatılaraq xüsusi proqramlarla izləyicilərin qarşısına çıxacaq.

Tədbir bədii hissə ilə davam edib.

Şahanə MÜŞFİQ

 





13.04.2019    çap et  çap et