525.Az

"Facebook" səhmdarları Zukerberqın istefasını istəyirlər


 

"Facebook" səhmdarları Zukerberqın istefasını istəyirlər<b style="color:red"></b>

"Facebook" səhmdarlarının bir qismi səhmdarlar yığıncağında Mark Zukerberqın Direktorlar Şurasının sədri vəzifəsindən istefasını və şirkətin srtukturunun dəyışməsi təklifini irəli sürəcəklər.

ONA "RİA Novosti"-yə istinadən xəbər verir ki, səhmdarlar yığıncağı may ayının 30-da keçiriləcək.

Şirkətdən Qiymətli kağızlar və birjalarla iş üzrə komissiyaya göndərilən bildirişdə investorların müzakirəyə çıxaracağı məsələlər öz əksini tapıb. 8 təklifdən ikisində yeni sədr seçmək təklif olunub. Lakin təklifin qəbul olunma şansı çox azdır.

 





14.04.2019    çap et  çap et