525.Az

Qar uçqununda həlak olan hərbçi Qazaxda dəfn edildi - Yenilənib


 

Qar uçqununda həlak olan hərbçi Qazaxda dəfn edildi - <b style="color:red">Yenilənib </b>

Müdafiə Nazirliyinin qar uçqununa düşərək həlak olan hərbi qulluqçularından biri - Abdullayev Hafiz Məhəd oğlu Qazaxda dəfn olunub.

"Report"un Qərb bürosunun məlumatına görə, o, doğulduğu Yuxarı Salahlı kəndində torpağa tapşırılıb. Dəfn mərasimində şəhər ictimaiyyəti, hərbçilər və H.Abdullayevin yaxınları iştirak edib.

Ötən ay Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər. Aparılan axtarışlar nəticəsində onlardan birinin - H.Abdullayevin nəşi tapılıb.

Qeyd edək ki, qar uçqununa düşən digər hərbçimizin axtarışları davam edir.

*** 11:36

Müdafiə Nazirliyinin qar uçqununa düşərək həlak olan hərbi qulluqçularından birinin nəşi doğulduğu Qazax rayonuna aparılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, ötən ay Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər. Aparılan axtarışlar nəticəsində onlardan birinin - H.Abdullayevin nəşi tapılıb.

Bu gün onun nəşi doğulduğu Qazax rayon Yuxarı Salahlı kəndinə aparılıb. H.Abdullayevin dəfnində şəhər ictimaiyyəti, hərbçilər və yaxınları iştirak edir. O, kənd qəbiristanlığında dəfn olunacaq.

Hafiz Abdullayev ailəli idi, 3 övladı var.

Qeyd edək ki, qar uçqununa düşən digər hərbçimizin axtarışları davam edir.

 





14.04.2019    çap et  çap et