525.Az

Fuad Muradov: "Ən güclü Azərbaycan diasporu Ukraynadadır"


 

Fuad Muradov: "Ən güclü Azərbaycan diasporu Ukraynadadır"<b style="color:red"></b>

Ukrayna Azərbaycanlıları Radasının (UAR) təsis qurultayında iştirak etmək üçün Kiyevdə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov və qurultay nümayəndələri bu gün Ukraynanın Xalq rəssamı Katib Məmmədovun sərgisinin açılış mərasimində iştirak ediblər.

AzərTAc xəbər verir ki, açılışdan sonra K.Məmmədov sərgi və burada nümayiş etdirilən əsərlərlə bağlı məlumat verib.

Daha sonra Ukrayna Azərbaycanlılarının Radasının əsas qərargahı kimi təklif olunan ofislə tanışlıq olub. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov qonaqları qərargahda yaradılmış şəraitlə yaxından tanış edib. Bildirib ki, UAR-ın mərkəzi ofisinin burada yerləşməsi məqsədəuyğun olardı.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov UAR-ın yaradılmasına və bugünkü tədbirə görə Ukraynadakı diaspor rəhbərlərinə öz təşəkkürünü bildirib. Deyib ki, bu ölkədəki Azərbaycan diasporu istər təşkilatlanma, istər müxtəlif sahələrdə qazandığı uğurlar baxımından ən güclü diaspordur: “Ukrayndadakı soydaşlarımız, eyni zamanda çox vətənpərvər insanlardı. Biz sizinlə fəxr edirik”.

Qeyd edək ki, F.Muradov Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təsis etdiyi medalla təltif olunub. 100 ədəd hazırlanmış medalın 100-cü nömrəsi DİDK-in sədrinə təqdim edilib.

 





14.04.2019    çap et  çap et