525.Az

"Nar bağı" beynəlxalq festivalda nümayiş olunacaq


 

"Nar bağı" beynəlxalq festivalda nümayiş olunacaq<b style="color:red"></b>

Azərbaycanlı rejissorun filmi XV Kazan Müsəlman Kinosu Beynəlxalq Festivalının müsabiqə proqramına daxil edilib.

ONA-nın Rusiya bürosunun verdiyi məlumata görə, rejisssor İlqar Nəcəfin "Nar bağı" filmi tammetrajlı oyun filmləri seksiyasında müsabiqəyə qatılacaq.

Qeyd edək ki, 2005-ci ildən etibarən hər il keçirilən Kazan Müsəlman Kinosu Beynəlxalq Festivalı bu il aprelin 24-dən 30-na kimi təşkil olunacaq. Festivalın müsabiqə proqramında 31 ölkədən 55 film iştirak edəcək.

 





15.04.2019    çap et  çap et