525.Az

Moskva Dövlət Konservatoriyasında “Azərbaycanın opera səsləri”


 

Moskva Dövlət Konservatoriyasında “Azərbaycanın opera səsləri” <b style="color:red"></b>

P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında Azərbaycanın Xalq artisti, Rusiya "Böyük Teatrı"nın aparıcı solisti Dinarə Əliyevanın “Opera Art” beynəlxalq musiqi festivalının açılışı olub.

ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, festival çərçivəsində keçirilən ilk konsert “Azərbaycanın opera səsləri” adlanıb.

Heydər Əliyev Fondunun və Azərbaycanın Rusiyadakı Səfirliyinin dəstəyi ilə təşkil olunan konsertdə Azərbaycanın Xalq artisti, maestro Yalçın Adıgözəlov və opera müğənnisi Azər Zadə çıxış ediblər. Onları Rusiya Milli Orkestri müşayiət edib.

Konsert proqramında Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Cüzeppe Verdi, Cakomo Puççini, Corc Bize və digər bəstəkarların əsərləri səsləndirilib.

Qeyd edək ki, Azərbaycanın Xalq artisti Dinarə Əliyevanın “Opera Art” festivalı Moskvada iki ildən bir keçirilir. Bu il aprelin 13-də start götürən festival mayın 30-dək davam edəcək. Festival çərçivəsində beş konsert nəzərdə tutulub. Aprelin 21-də “Belarusun opera səsləri” konsert proqramı təqdim olunacaq. Daha sonra isə festival müxtəlif günlərdə “İtaliya operasının xor şedevrləri”, Puççininin “Madam Batterflay”, Dvorjakın “Rusalka”, Verdinin “Ernani” operalarının konsert variantları ilə davam edəcək.

 





15.04.2019    çap et  çap et