525.Az

Məmmədyarov rusiyalı və ermənistanlı həmkarları ilə görüşəcək


 

Məmmədyarov rusiyalı və ermənistanlı həmkarları ilə görüşəcək<b style="color:red"></b>

Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Moskvada rusiyalı və ermənistanlı həmkarları Sergey Lavrov və Zohrab Mnatsakanyanla görüşəcək.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri müzakirə olunacaq.

Həmçinin martın 29-da Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutmuş görüşün yekunlarna dair qapalı məsləhətləşmələr də aparılacaq.

Görüşdə nazirlərə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti və Endryu Şofer də qatılacaq.

 





15.04.2019    çap et  çap et