525.Az

Aprel zəfərinə həsr olunmuş ağacəkmə aksiyası - Fotolar


 

Aprel zəfərinə həsr olunmuş ağacəkmə aksiyası - <b style="color:red">Fotolar</b>

Məşədi Dadaş məscidinin dini icması və Mesenat Xeyriyyə Cəmiyyətinin birgə təşkilatçılığı ilə Binəqədi qəsəbəsindəki göl ətrafında - tullantılardan təmizlənmiş ərazidə ağacəkmə aksiyası baş tutub.

“Qafqazinfo” xəbər verir ki, aksiyada məscidinin imamı, ilahiyyatçı Hacı Şahin Həsənli, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva, Binəqədi RİH nümayəndələri və icmanın heyəti iştirak edib.

Mətbuata açıqlama verən Hacı Şahin Həsənli icmanın mütəmadi olaraq bu səpkidə ictimai aksiyalar təşkil etdiyini bildirib. O qeyd edib ki, belə təşəbbüslərin əsas məqsədi gənclər arasında ətraf mühitin qorunması məsuliyyətini aşılamaq və ictimai faydalı fəaliyyətə rəğbət yaratmaqdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi qəsəbə bələdiyyəsinin də dəstəyi ilə baş tutan aksiya Aprel şəhidlərinə həsr edilib.









 





15.04.2019    çap et  çap et