525.Az

AŞPA-ya borclarımızı ödəməyə və iyun sessiyasında iştirak etməyə hazırıq


 

AŞPA-ya borclarımızı ödəməyə və iyun sessiyasında iştirak etməyə hazırıq<b style="color:red"></b>

 "Parlamentarilərimizin hüquqları tam bərpa edilərsə və onlar Avropa Şurasının qarşıdakı, xüsusən də bizim üçün çox vacib olan, yeni baş katibin seçiləcəyi iyun sessiyasında iştirak edə biləcəklərsə, Avropa Şurası qarşısındakı son iki ilə görə və cari borcumuzu ödəməyə hazır olacağıq".

"Report" xəbər verir ki, bunu RİA "Novosti"yə Rusiya Xarici İşlər Nazirliyinin Avropa əməkdaşlığı departamentinin direktoru Andrey Kelin deyib.

Onun sözlərinə görə, bunun üçün hansısa milli nümayəndə heyətinə qarşı siyasi motivlərə görə diskriminasiya edilməsinin qarşısını alacaq bəzi düzəlişlər edilməlidir.

A.Kelin qeyd edib ki, Rusiyanın AŞPA-dakı parlamentarilərinə qarşı sanksiyalar tətbiq olunduqdan sonra ödənilməyən borc, təxminən, 60 milyon avro məbləğindədir.

 

 





15.04.2019    çap et  çap et