525.Az

Nazirlər münaqişənin diplomatik yolla həli üçün səyləri davam etdirmək niyyətlərini bəyan ediblər


 

Nazirlər münaqişənin diplomatik yolla həli üçün səyləri davam etdirmək niyyətlərini bəyan ediblər<b style="color:red"></b>

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik yolla həli üçün səyləri davam etdirmək niyyətlərini bəyan ediblər.

ONA-nın məlumatına gör, bu barədə Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin bu gün Moskvada keçirilən görüşündən sonra Rusiya XİN-in yaydığı bəyanatda deyilir.

Həmçinin nazirlər münaqişə zonasında, xüsusilə kənd təsərrüfatı fəaliyyəti zamanı sərhəddə vəziyyətin gələcəkdə stabilləşməsində maraqlı olduqlarını ifadə ediblər. Tərəflər həmçinin hər iki ölkədə saxlanılan girovlarla yaxınlarının görüşməsinə dair qarşılıqlı tədbirlər barədə razılığa gəliblər. Nazirlər insanlar arasında kontaktların qurulması, o cümlədən media təmsilçilərinin qarşılıqlı səfərlərinin təşkilinə dair praktik işlərin görülməsinə hazır olduqlarını bildiriblər.


Rusiya xarici işlər naziri və ATƏT-in Minsk qrupunun  həmsədrləri regionda dayanıqlım sülhün bərqərar olması üçün vasitəçilik missiyasına sadiqliklərini bəyan ediblər. Görüş iştirakçıları kontaktları yaxın gələcəkdə də davam etdirmək barədə razılığa gəliblər.

 





15.04.2019    çap et  çap et