525.Az

Paşinyan Rusiya telekanallarına xəbərdarlıq edib


 

Paşinyan Rusiya telekanallarına xəbərdarlıq edib<b style="color:red"></b>

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya telekanallarını dəqiq olmağa çağırıb.

“Report” “Aysor”a istinadən xəbər verir ki, Rusiya telekanalları Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın siyasi baxışlarına görə təqib edilməsi barədə reportaj hazırlayaraq efirə veriblər.

Nikol Paşinyan həmin telekanallara müraciət edərək deyib: “Ermənistanda xarici KİV-in yerli mətbuatdan daha çox azad olmaması ilə bağlı fikirlər səslənir. İstənilən teleşirkət başqa bir dövlətin ərazisində fəaliyyət göstərdiyini unutmamalıdır. Əks halda, doğru olmayan sahələrdə olacağıq. Hesab edirəm ki, Rusiya telekanalları bu problemi nəzərə alıb uyğun nəticə çıxaracaq. Mən başqa bir dövlətin ərazisində informasiya siyasətinin həyata keçirilməsindən bəhs edirəm”.

 





15.04.2019    çap et  çap et