525.Az

Bakıda Azərbaycan-Koreya işgüzar görüşü keçiriləcək


 

Bakıda Azərbaycan-Koreya işgüzar görüşü keçiriləcək<b style="color:red"></b>

Apreıin 26-da Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Koreya işgüzar görüşü keçiriləcək.

ONA-nın KOTRA-ya istinadən verdiyi məlumata görə, görüşdə kənd təsərrüfatı texnikasının ehtiyat hissələri, toxuculuq liflərinin hazırlanması üçün maşınlar, poliester (neylon) parçalar, müxtəlif növ yapışqan lentlər (skoçlar), avtomobillər üçün pompalar, müxtəlif növ sous və ədviyyatlar, hidrogen tərkibli maska və kosmetik vasitələr sektorunda fəaliyyət göstərən yeddi Koreya şirkəti iştirak edəcək.

Onların sırasında "Nature4", "Jinsung Bio", "Jingwoo Automotive", "Chang Jin Tape", "Lee Hwa Ind" və s. yer alıb.

 





16.04.2019    çap et  çap et