525.Az

Fransanın milyarder ailəsi Notr-Dam kilsəsinin bərpasına 100 milyon avro ayıracaq


 

Fransanın milyarder ailəsi Notr-Dam kilsəsinin bərpasına 100 milyon avro ayıracaq<b style="color:red"></b>

Fransanın milyarder Pino ailəsi ötən gün baş vermiş yanğın zamanı ciddi zərər görmüş Paris Notr-Dam kilsəsinin bərpası üçün 100 milyon avro ayıracaq.

ONA-nın xəbərinə görə, bu barədə “Agence France-Presse” məlumat yayıb.

“Atam Fransua Pino və mən “Artemis” fondundan kilsənin bərpasına 100 milyon avro ayırmaq qərarına gəldik”, - deyə biznesmen Fransua Anri Pino agentliyə açıqlamasında deyib.

Qeyd edək ki, “Artemis”  və “Kering” şirkətləri, həmçinin “Christie’s” auksion evi bu ailəyə məxsusdur. “Gucci”  və “Yves Saint Laurent” kimi brendlər “Kering” şirkətinin məhsullarıdır.

Paris Notr-Dam kiləsində yanğın ötən gün yerli vaxtla 18:50 radələrində başlayıb. Yanğın söndürülsə də, tüstülənmə davam edir.

 





16.04.2019    çap et  çap et