525.Az

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” gəmilərin təhlükəsizliyini gücləndirəcək


 

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” gəmilərin təhlükəsizliyini gücləndirəcək<b style="color:red"></b>

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC limandakı terminallarda gəmilərin təhlükəsiz yanalma əməliyyatlarının təşkili üçün xidmətlərin satın alınması məqsədilə açıq tender elan edib.

ONA-nın Tender Komissiyasına istinadən verdiyi məlumata görə, tenderdə iştirak etmək istəyənlər Komissiyaya yazılı müraciət, iştirak haqqının ödənilməsi barədə bank sənədi və tender təklifini təqdim etməlidir. Tenderdə iştirak haqqı 200 manatdır.

Tender təklifi və tender təklifinin təminatı möhürlənmiş, ikiqat zərfdə, iki nüsxədə (əsli və surəti) 27 may 2019-cu il saat 18:00-dək təqdim edilməlidir.

Tender təklifləri 29 may 2019-cu il, saat 17:00-da açılacaq.

 





16.04.2019    çap et  çap et