525.Az

Bu il qeydiyyata alınmış hüquqi və fiziki şəxslərin sayı artıb


 

Bu il qeydiyyata alınmış hüquqi və fiziki şəxslərin sayı artıb<b style="color:red"></b>

Bu ilin birinci rübündə Azərbaycanda qeydiyyata alınmış hüquqi şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1%, fiziki şəxslərin sayı 28,5%, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatı isə 11,3% artıb.

ONA-nın xəbərinə görə, bunu Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov hüquqi şəxslərin dövlət qeydiyyatı prosedurunun mahiyyəti və üstünlüklərinə həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, cari ilin mart ayında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatının xüsusi çəkisi 87,8% təşkil edib.

"Qeydiyyatın həyata keçirilməsi üçün “e-ərizə”nin elektron imza ilə təsdiq edilməsi zərurəti aradan qaldırılıb, eləcə də, qeydiyyatla bağlı əvvəllər mövcud olan bütün prosedurlar ləğv olunub. Nəticədə, hüquqi şəxsin qeydiyyatı prosedurlarının sayı 3-dən 1-ə, müddəti isə 20 dəqiqəyə azaldılıb, biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib", - deyə Ə. Məmmədov qeyd edib.

Bu addım vergi qanunvericiliyində sahibkarlığın dəstəklənməsi ilə bağlı aparılan dəyişikliklərin davamıdır və ölkədə biznes mühitinin əlverişliliyinin daha da yaxşılaşdırılmasına xidmət edir. Aparılmış islahat Azərbaycanın “Doing Business” hesabatında mövqelərinə də müsbət təsir edəcəkdir. Hazırda “Doing Business 2019” hesabatında Azərbaycan “Biznesə başlama” indikatoru üzrə 190 ölkə arasında 9-cu yerdədir.

 





16.04.2019    çap et  çap et