525.Az

2022-ci ilin sonunadək onlayn kassa aparatlarına keçid tam başa çatdırılacaq


 

2022-ci ilin sonunadək onlayn kassa aparatlarına keçid tam başa çatdırılacaq<b style="color:red"></b>

Azərbaycanda onlayn kassa aparatlarına tam keçid 2022-ci ilin 31 dekabrınadək başa çatdırılacaq.

ONA-nın xəbərinə görə, bunu Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov hüquqi şəxslərin dövlət qeydiyyatı prosedurunun mahiyyəti və üstünlüklərinə həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu prosesə artıq başlanılıb və yaxın vaxtlarda iri ticarət şəbəkələrində onlayn kassa aparatlarının tətbiqinə başlanılacaq:

“Bu işlər mərhələli şəkildə icra olunacaq”.

 





16.04.2019    çap et  çap et