525.Az

Mübariz Qurbanlı: “Qadın din xadimlərinə ehtiyac getdikcə artır”


 

Mübariz Qurbanlı: “Qadın din xadimlərinə ehtiyac getdikcə artır”<b style="color:red"></b>

"Məscidlərdə çalışan din xadimlərinə və dini icmalarda çalışan, fəal olan bu və ya digər dini icma üzvü və ya rəhbəri olan qadınlara da maddi dəstək verilir".

ONA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə müəyyən layihələr həyata keçirilir və bu layihələrdə dini icmalar yaxından iştirak edirlər:

"Azərbaycanda din sahəsində çalışan və indi də icma rəhbəri olan xanımlar var. Bizim qadınların bu və ya digər dini xarakterli məclislərində iştirakı üçün xanım din xadimlərinə ehtiyac getdikcə artır. Bunu nəzərə alaraq İlahiyyat İnstitutunda da kadrların hazırlığı aparılır".

M.Qurbanlı bildirib ki, hazırda məscidə rəhbərlik edən və dini ayinləri icrasını həyata keçirən xanımlar yoxdur:

"Gələcəkdə məscidlərdə xanımların məsciddə dini ayinləri birbaşa idarə edib-etməməsi məsələsi dinimizə və Qafqaz Müsəlmanları İdarəsinə bağlıdır və praktikada hələlik tətbiq olunmur. Xanımlara aid bəzi mərasimlər var ki, qadın din xadimləri orada iştirak edə, idarə edə bilər. Hazırda bu cür məclisləri idarə edən xanımlar var".

Komitə sədri deyib ki, bütövlükdə bu sahədə xanımların idarəçilikdə iştirakı məsələsi həm Komitə, həm də QMİ tərəfindən müzakirə olunur:

"Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən 1000-dən bir qədər artıq din xadimi maddi dəstək alır və onların içərisində qadınlar çox cüzidir".

 





16.04.2019    çap et  çap et