525.Az

İlham Əliyev: "Paris Notr-Dam Kilsəsində baş verən yanğınla bağlı dərindən kədərləndim"


 

İlham Əliyev: "Paris Notr-Dam Kilsəsində baş verən yanğınla bağlı dərindən kədərləndim"<b style="color:red"></b>

"Fransanın və dünyanın mədəni irs incilərindən biri olan Paris Notr-Dam Kilsəsində baş verən yanğınla bağlı dərindən kədərləndim".

ONA-nın məlumatına görə, bu barədə Prezident İlham Əliyev rəsmi “twitter” səhifəsində yazıb. “Ümid edirəm ki, abidə qısa müddət ərzində bərpa olunaraq yenidən bəşəriyyətə qaytarılacaq”, - deyə, ölkə başçısı qeyd edib.

Paris Notr-Dam kiləsində yanğın ötən gün yerli vaxtla 18:50 radələrində başlayıb. Yanğın söndürülsə də, tüstülənmə davam edir.

 





16.04.2019    çap et  çap et