525.Az

Aydın Mirzəzadə: "Mədəniyyəti varvarlıq və etinasızlıq məhvə sürükləyir"


 

"DÜNYA YADDAN ÇIXARMASIN Kİ, ERMƏNİSTANIN İŞĞAL ETDİYİ AZƏRBAYCAN TORPAQLARINDA DAĞIDILAN ABİDƏLƏR VAR"

Aydın Mirzəzadə: "Mədəniyyəti varvarlıq və etinasızlıq məhvə sürükləyir"<b style="color:red"></b>

"Parisdə XII əsrə aid Notr-Dam kilsəsində baş verən dəhşətli yanğından çox mütəəssir oldum. 850 yaşı olan kilsə tək fransız xalqının yox, ümumilikdə bəşəriyyətin çox qiymətli sərvətidir".

Bu sözləri Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

"İlk dəfə bu abidə ilə 20 il əvvəl yaxından tanış olmuşam. Möhtşəmliyinə heyran qalmışdım. Əsas heyranlığım isə Notr-Dam kiləsinin müxtəlif hökmdarların dövründə daha da əzəmətli edilməsi üçün böyük işlərin görülməsindədir... Təəssüf ki, onu qoruya bilmədilər", - deyə deputat qeyd edib.

Hazırda bütün dünyanın fransız xalqının bu ağır dərdinə şərik olduğunu deyən A.Mirzəzadə Ermənistanın uzun illərdir işğal etdiyi Azərbaycan torpaqlarında dünya mədəniyyətinin inciləri sırasında yer alan abidələrin də oxşar aqibətlə üzləşdiyini xatırladıb: "Dünya yaddan çıxarmasın ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında da abidələr var. Həmin abidələr Ermənistan tərəfindən dağıdılır, yerlə yeksan edilir. Ancaq çox təəssüflər ki, Fransa cəmiyyətinin bir hissəsi işğala və mədəniyyət abidələrimizin dağıdılmasına biganə qalıb, bəzi hallarda isə işğalçıları müdafiə edib. Mədəniyyəti isə varvarlıq və etinasızlıq məhvə sürükləyir".

C.ABASOV

 





17.04.2019    çap et  çap et