525.Az

Ermənistan və Fransa xarici işlər nazirləri Qarabağ münaqişəsini müzakirə ediblər


 

Ermənistan və Fransa xarici işlər nazirləri Qarabağ münaqişəsini müzakirə ediblər<b style="color:red"></b>

Parisdə rəsmi səfərdə olan Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan fransalı həmkarı Jan-İv Le Drianla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

ONA “News.am”a istinadən xəbər verir ki, görüş zamanı Z.Mnatsakanyan Jan-İv Le Driana Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Moskvada baş tutan görüşün detalları haqda məlumat verib.

Tərəflər münaqişənin sülh yolu ilə həllinə təkan verə biləcək münbit şəraitin yaradılmasının əhəmiyyətini vurğulayıblar.

 





17.04.2019    çap et  çap et