525.Az

Lavrov: "Rəsmi Bakı və Yerevan son razılıqların kağız üzərində qalmamasında maraqlıdır"


 

Lavrov: "Rəsmi Bakı və Yerevan son razılıqların kağız üzərində qalmamasında maraqlıdır"<b style="color:red"></b>

“Rəsmi Moskva hesab edir ki, rəsmi Bakı ilə Yerevan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı əldə olunan son razılıqlar kağız üzərində qalmayacaq”.

ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov serbiyalı həmkarı İviça Daçiçlə görüşünün yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

"Aprelin 15-də Moskvada keçirilən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündəki atmosferdən sonra inanmaq üçün səbəbim var ki,  rəsmi Bakı və Yerevan bu dəfə əldə olunan razılıqların kağız üzərində qalmamasında maraqlıdır. Biz bu razılqıların həyata keçirilməsinə kömək edəcəyik",- deyə, Rusiya XİN başçısı qeyd edib.

 





17.04.2019    çap et  çap et