525.Az

Ağdamda ananın körpə qızını öldürməsi faktı ilə bağlı cinayət işi başlandı - Rəsmi


 

Ağdamda ananın körpə qızını öldürməsi faktı ilə bağlı cinayət işi başlandı - <b style="color:red">Rəsmi </b>

Daxili İşlər Nazirliyi Ağdamda ananın körpə qızını öldürməsi faktı ilə bağlıə məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 16-da Ağdam rayonunun Qərvənd kəndində yaşayan G.İsmayılova evində ailə-məişət münaqişəsi zəminində körpə qızını boğub.

G.İsmayılova könüllü olaraq Ağdam Rayon Polis Şöbəsinə gələrək təslim olub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır. 

 





17.04.2019    çap et  çap et