525.Az

Bakıya bir gecədə rekord həddə yağış düşüb


 

Bakıya bir gecədə rekord həddə yağış düşüb<b style="color:red"></b>

Sentyabrın 23-dən 24-ə keçən gecə Bakıda və Abşeron yarımadasında 4 saat ərzində yağan yağıntının miqdarı 30-33 mm olub ki, bu da aylıq normadan təxminən iki dəfə (192 faiz) çoxdur . Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.

U.Tağıyevanın sözlərinə görə, bu, sentyabr ayı üçün rekord göstəricidir.

O bildirib ki, ən çox yağıntı 1980-ci ilin sentyabrında düşüb. Lakin həmin il sutka ərzində düşən yağıntı 46 mm olub.

 





24.09.2013    çap et  çap et