525.Az

Elmar Vəliyevə sui-qəsdlə bağlı çağırış edən şəxs məhkəməyə müraciət etdi


 

Elmar Vəliyevə sui-qəsdlə bağlı çağırış edən şəxs məhkəməyə müraciət etdi<b style="color:red"></b>

Terrorçuluğa açıq çağırışlar etməkdə təqsirləndirilən İlqar Quliyev barəsindəki məhkəmə qərarından kassasiya şikayəti verilib.

ONA-nın xəbərinə görə, cinayət işi hakim Hafiz Nəsibovun icraatında araşdırılacaq. İ. Quliyev barəsində bəraət çıxarılmasını istəyir. Məhkəmənin ilkin baxış iclası yaxın günlərdə keçiriləcək.

İttihama görə, İ.Quliyev 3 iyul 2018-ci il tarixdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis serjantı Qasım Aşbazova qarşı sui-qəsdlə əlaqədar sosial şəbəkədə paylaşım edib.

Daha sonra onun barəsində Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar) maddəsi ilə ittiham irəli sürülüb.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə İ.Quliyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsində İ.Quliyevin apellyasiya şikayəti qismən təmin edilib.

Belə ki, onun 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 9 aya endirilib.

 





18.04.2019    çap et  çap et