525.Az

Xoreoqrafiya Akademiyasının şagirdi beynəlxalq müsabiqənin qalibi oldu


 

Xoreoqrafiya Akademiyasının şagirdi beynəlxalq müsabiqənin qalibi oldu <b style="color:red"></b>

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin (BXA) tam orta məktəbinin 9-cu sinif şagirdi Firuzə İsmayıl və 6-cı sinif şagirdi Şirin Əmiraslanova respublikada keçirilən beynəlxalq müsabiqədə mükafatlandırılıblar.

525.az-ın məlumatına görə, F.İsmayıl UNESCO-nun dəstəyi ilə “Dünyanın səsini duyaq” adlı şeir, hekayə, foto, rəsm, jurnalistika, mahnı müəllifliyi,toxuma işləri, texniki yardıcılıq nominasiyası, bədii qiraət üzrə keçirilən və Azərbaycan, İtaliya, Amerika, Ukrayna, Çexiya, Polşa, Gürcüstan, İspaniya uşaq və gənc istedadlarının qatıldığı beynəlxalq müsabiqədə bədii qiraət üzrə ölkəmizi layiqincə təmsil edərək  I yeri qazanıb.

Ş.Əmiraslanova isə 39 ölkənin təmsil olunduğu və iki mərhələni əhatə edən fortepiano ifaçılğı üzrə “World Harmony “ adlı beynəlxalq müsabiqədə uğurla çıxış edərək III yerə layiq görülüb. 

Hər iki şagird qatıldıqları müsabiqədə sertifikat və hədiyyələrlə mükafatlandırılıblar.

 





18.04.2019    çap et  çap et