525.Az

ATƏT baş katibi və Lavrov Qarabağ münaqişəsini müzakirə edəcəklər


 

ATƏT baş katibi və Lavrov Qarabağ münaqişəsini müzakirə edəcəklər<b style="color:red"></b>

ATƏT-in baş katibi Tomas Qreminger və Rusiya xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirə aparacaqlar.

ONA-nın məlumatına görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

O bildirib ki, tərəflər aprelin 24-də Moskvada görüşəcəklər. Tomas Qreminger 8–ci Beynəlxalq Təhlükəsizlik üzrə Moskva konfransında iştirak etmək üçün Rusiyaya səfər edəcək.

 





18.04.2019    çap et  çap et