525.Az

Seyid Yəhya Bakuvi haqqında film çəkiləcək


 

Seyid Yəhya Bakuvi haqqında film çəkiləcək<b style="color:red"></b>

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşavirliyinin dəstəyi ilə ölkələrimiz arasında uzun illərə söykənən qardaşlıq, dostluq əlaqələrindən, ortaq  mədəniyyətdən bəhs edən sənədli filim çəkiləcək.

Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin təşəbbüsü ilə ekranlaşdırılacaq “Xəzərin piri Seyid Yəhya Bakuvi” adlı bu sənədli film böyük mütəfəkkirin xatirəsini anma ili çərçivəsində lentə alınacaq. Filmin çəkilişləri Azərbaycanda və Türkiyədə aparılacaq. Böyük filosof alim və şair Seyid Yəhya Bakuvi Osmanlı coğrafiyasını Qafqazdan-Anadoluya, Balkanlardan-Afrikaya qədər başdan-başa işıqlandırmış görkəmli şəxsiyyətlərdən biri olub. Cari ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Seyid Yəhya Bakuvinin 550 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul olunub. Azərbaycanda çəkilişlərin Şamaxıda və bu şəhərdəki Cümə məscidində, İçərişəhərdə, Şirvanşahlar sarayı və muzeyində,  Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda və Qafqaz Universitetində aparılması nəzərdə tutulub.

S.ABDULLAYEVA

 





24.09.2013    çap et  çap et