525.Az

“Baku Creative Center”də “Payız etüdləri” sərgilənir


 

“Baku Creative Center”də “Payız etüdləri” sərgilənir<b style="color:red"></b>

“Baku Creative Center” mövsümü “Payız etüdləri” adlı sərgi ilə açıb. Mərkəz ənənəvi olaraq hər il sentyabrın ortalarında mövsümün açılış sərgisini keçirir.  Sərginin ekspozisiyasında həm gənc, həm də yaşlı nəslin nümayəndələri olan peşəkar və yeni başlayan fırça və tişə ustalarının sənət əsərləri yer alıb. Ümumilikdə, sərgidə 40-dan çox rəssamın 60-a yaxın rəngkarlıq, heykəltəraşlıq və dekorativ tətbiqi sənət sahələrini əhatə edən işləri nümayiş etdirilir.

Əsas məqsəd yeni mövsümün başlanması ilə əlaqədar yaradıcı şəxsləri bir araya gətirmək, onların incəsənətin müxtəlif növ və üslublarında olan yeni işlərini ictimaiyyətə təqdim etməkdir.

Sərgi sentyabrın sonunadək davam edəcək.

S.ABDULLAYEVA

 





24.09.2013    çap et  çap et