525.Az

Misirdə qatar relsdən çıxıb, xəsarət alanlar var


 

Misirdə qatar relsdən çıxıb, xəsarət alanlar var<b style="color:red"></b>

Misirin Kafr əş-Şeyx əyalətində sərnişin qatarı qəzaya uğrayıb.

ONA-nın verdiyi xəbərə görə, bu barədə “Masravi” portalı məlumat yayıb.

Qatarın bir neçə vaqonunun relsdən çıxması nəticəsində təxminən 30 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

İnsidentin səbəbi hələ ki məlum deyil. Araşdırma aparılır.


 

 





19.04.2019    çap et  çap et