525.Az

Lavrov türkiyəli həmkarı Çavuşoğlu ilə Liviyanı müzakirə edib


 

Lavrov türkiyəli həmkarı Çavuşoğlu ilə Liviyanı müzakirə edib<b style="color:red"></b>

Rusiyanın və Türkiyənin XİN rəhbərləri arasında telefon bağlantısı olub.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Liviyada baş vermiş konfliktin sülh yolu ilə nizamlanmasını müzakirə ediblər.

Tərəflər, həmçinin Liviyadakı hazırkı vəziyyətlə bağlı fikir mübadiləsi də aparıblar. Danışıq zamanı silahlı toqquşmaların BMT qətnamələri əsasında siyasi-diplomatik yolla həlli üsulları müzakirə edilib.

 





19.04.2019    çap et  çap et