525.Az

NATO Türkiyəyə dəstək verdi


 

NATO Türkiyəyə dəstək verdi<b style="color:red"></b>

NATO-nun baş katibi Anders Foq Rasmussen NATO tərəfindən Türkiyənin təhlükəsizliyini qorumaq üçün zəruri addımların atıldığını və bununla əlaqədar lazımi planların hazırlandığını qeyd edib.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə ötən gün Brüseldə NATO-nun müdafiə nazirlərinin komitəsi təşkil olunub. İclasdan öncə mediaya açıqlama verən baş katib Türkiyənin Suriyada baş verən hadisələrlə əlaqədar Suriyaya nota göndərməyini müsbət hal kim qəbul edərək ehtiyac yaranarsa NATO-nun 5-ci maddəsinə uyğun olaraq əskəri tədbirlərin görüləcəyini qeyd edib:
 
"Türkiyə ölkələrarası müqaviləyə görə özünü müdafiə etmək hüququna malikdir. Bu məsələdə Türkiyə NATO-nun da dəstəyinə güvənə bilər”.

Qeyd edek ki, NATO-nun Türkiyənin müdafiəsi ilə əlaqədar hazırladığı planda ilkin olaraq “Avacs” adlı sürətli təyyarələrlə Türkiyənin sərhədlərini nəzarət altına alınması, Türkiyədə lazım olan mənzillərə hava müdafiə raketlərinin yerləşdirilməsi, bir sıra hərbi strukturların gücləndirilməsi, kimyəvi və bioloji silahlardan müdafiənin gücləndirilməsi və Türkiyə Silahlı Qüvvələrinin müdafiə qabiliyyətin daha da möhkəmləndirilməsi göstərilib.

Nigar Məhərrəm

 

 





10.10.2012    çap et  çap et