525.Az

Gənc yazarlarla oxucuların görüşü təşkil edilib


 

Gənc yazarlarla oxucuların görüşü təşkil edilib<b style="color:red"></b>

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş III Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkası tədbiri çərçivəsində dünən gənc yazarlarla oxucuların görüşü keçirildi. Tədbiri giriş sözü ilə açan şair Çingiz Əlioğlu ədəbiyyatımızda yeni istedadlı imzaların olmasını sevindirici hal kimi dəyərləndirdi, onların ədəbiyyata gətirdiyi yeniliklərdən danışdı.

Sonra çıxış edən gənc şair Elşad Ərşadoğlu tədbir iştirakçılarını salamladı, göstərilən diqqətə görə təşəkkürünü bildirdi və şeirlərini oxudu. Gənc şairlərdən Fərid Hüseynin İran həbsxanasında anasına yazdığı “Özüm öz ölümümə qara kağızam” və Feyziyyənin “Hər şey vədəsində bitməliydi” şeiri oxucuların gurultulu alqışlarını qazandı. Gənc yazıçı Sahilə İbrahimova şairliyin anadangəlmə istedad olduğunu, yazıçılığın isə sonradan qazanıldığını vurğuladı. Gənc yazarların hər biri öz həmkarlarının iki sualını cavablandırdı.

Tədbirdə Oqtay Rza, Cavanşir Yusifli, Əlabbas, Aslan Quliyev, Kənan Hacı, Qılman İman, Vüsal Nuru kimi fərqli ədəbi nəsilləri təmsil edən qələm adamları da iştirak edirdilər.   

RAMİL

 





24.09.2013    çap et  çap et