525.Az

Xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndələri Şamaxıya gedib


 

Xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndələri Şamaxıya gedib<b style="color:red"></b>

Xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin rəhbərləri Şamaxı rayonuna səfərdədir.

ONA-nın xəbərinə görə, səfərdə Azərbaycandakı diplomatik nümayəndəliklərin 60-a yaxın rəhbəri iştirak edir.

Səfərin məqsədi Şamaxı rayonunun sosial iqtisadi inkişafı, rayonda aparılan abadlıq-quruculuq işləri, o cümlədən turizm infrastrukturu ilə yaxından tanış olmaqdır.


Bildirilir ki, səfər çərçivəsində  Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşün keçirilməsi, Şamaxı rayonu üzrə tanışlıq turu, Kələxana türbələri, Cümə məscidinə ziyarət, zəlzələdən zərər çəkmiş vətəndaşlar ilə görüş və Meysəri şərab zavodu üzrə tanışlıq nəzərdə tutulub.

 

 





19.04.2019    çap et  çap et