525.Az

Xoreoqrafiya Akademiyasında daha bir konsert


 

Xoreoqrafiya Akademiyasında daha bir konsert<b style="color:red"></b>

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) Musiqi fənləri kafedrasının müəllimi Sevda Axundovanın tam orta məktəbin şagirdləri və İncəsənət fakültəsində instrumental ifaçılıq (fortepiano) ixtisası üzrə qiyabı təhsil alan tələbələrin iştirakı ilə sinif konserti keçirilib.

Konsertdə akademiyanın professor-müəllim, tələbə-şagird heyəti və qonaqlar iştirak ediblər.

Böyük uğurla keçən konsert proqramında Azərbaycan bəstəkarları Fikrət Əmirovun "Min bir gecə" baletindən "Şəhrizad", "Oxatanların rəqsi", "Şəhrizad və Şəhriyarın dueti", "Bağdad bazarı", "Mərcanənin rəqsi", Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletindən "Gülyanağın rəfiqələri ilə rəqsi", "Odajio", "Gürcü rəqsi", Qara Qarayevin "Yeddi gözəl" baletindən "Preludiya", "Hind rəqsi", "Ayşənin rəqsi", "Vals", Arif Məlikovun "İki qəlbin dastanı" baletindən "Komdenin göz yaşları", "Məhəbbət əfsanəsi" baletindən "Türk qızlarının rəqsi" balet əsərlərindən parçalar yer alıb.

Konsert proqramı izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

ŞAHANƏ

 





19.04.2019    çap et  çap et