525.Az

Fuad Muradov Gürcüstanın xarici işləri nazirinin müavini ilə görüşdü


 

Fuad Muradov Gürcüstanın xarici işləri nazirinin müavini ilə görüşdü<b style="color:red"></b>

Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalianın rəhbərlik etdiyi nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.
 
Bu barədə sözügedən dövlət komitəsindən məlumat verilib.

Bildirilib ki, komitə sədri qonaqlara ölkəmizin diaspor siyasəti haqqında məlumat verib.

L.Darsalia ölkələrimiz arasında əlaqələrin uğurlu inkişafı barədə fikirlərini bölüşüb və münasibətlərin səviyyəsindən məmnunluq ifadə edib.

Görüşdə Gürcüstanda yaşayan soydaşlarımızın yaşadıqları cəmiyyətə daha yaxşı inteqrasiyası olunması, sosial-iqtisadi yönümlü ortaq layihələrin tətbiqi, Gürcüstan azərbaycanlılarının təhsil imkanlarının daha da artırılması yolları ilə bağlı fikir mübadiləsi aparılıb.

C.ABASOV

 





19.04.2019    çap et  çap et