525.Az

Putin və Kim Çen In görüşündə müzakirə olunacaq məsələlər açıqlandı


 

Putin və Kim Çen In görüşündə müzakirə olunacaq məsələlər açıqlandı <b style="color:red"></b>

Rusiya və Şimali Koreya liderləri Vladimir Putin və Kim Çen In iki ölkə arasındakı münasibətlərin inkişafı, Koreya yarımadasının nüvəsizləşdirilməsi və regional problemlərə dair müzakirə aparacaqlar.

ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.

"Əlbəttə ki, ilk növbədə ikitərəfli münasibətlər müzakirə olunacaq. İkinci müzakirə olunacaq məsələ isə Koreya yarımadasının nüvəsizləşdirilməsi və regional əməkdaşlıq problemləridir. Müzakirə olunaq məsələlər olduqca genişdir. Burada bir şeyi xatırlamaq lazımdır ki, söhbət iki-olduqca geniş sərhədlərə malik qonşu dövlətlərin başçılarının danışıqlarından gedir",- deyə Kremlin sözçüsü vurğulayıb.

O bildirib ki, V.Putin və Kim Çen Inın görüşünün dəqiq vaxtı və məkanının açıqlanmaması təhlükəsizliklə əlaqədardır.

Qeyd edək ki, Kreml aprel ayının ikinci yarısında Rusiya və Şimali Koreya liderlərinin görüşünün keçiriləcəyini açıqlayıb.

 





19.04.2019    çap et  çap et