525.Az

Bakının mərkəzi küçələrindən birində xətlənmə işləri aparılacaq


 

Bakının mərkəzi küçələrindən birində xətlənmə işləri aparılacaq<b style="color:red"></b>

Bu gecə Bakının mərkəzi küçələrindən birində xətlənmə işləri aparılacaq.

Bu barədə ONA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilir ki, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı şəhəri, Rəşid Behbudov küçəsi ilə 28 may küçəsinin kəsişməsində, həmçinin Dilarə Əliyeva küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsində sarı kəsişmə toru nişanlanmasının təşkili məqsədilə xətlənmə işləri aparılacaq.

İşlər saat 22:00-dan başlayaraq səhər saatlarına qədər davam edəcək. Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 





19.04.2019    çap et  çap et