525.Az

Nazir: "Azərbaycan-İran əlaqələri sərmayə qoyuluşunda uğurla inkişaf edir"


 

Nazir: "Azərbaycan-İran əlaqələri sərmayə qoyuluşunda uğurla inkişaf edir"<b style="color:red"></b>

Azərbaycan və İran arasındakı əlaqələr sərmayə qoyuluşunda uğurla inkişaf edir.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Nazir İran-Azərbaycan ticarət əlaqələrinin sürətli inkişaf dövrünü yaşadığını qeyd edərək bildirib ki, 2018-ci ildə ötən illə müqayisədə ticarət dövriyyəmiz 74% artıb. Bu ilin ilk iki ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə ticarət dövriyyəsi 4 dəfədən çox artıb:
 
“Bu gün aparılan müzakirələr, o cümlədən, özəl sektorun iştirakı ilə keçirilən müzakirələr bu imkanların aşkar olunmasında gələcəkdə daha da yüksək nəticələrin əldə olunmasında böyük rol oynayacaq”.

 





19.04.2019    çap et  çap et