525.Az

AZAL Səudiyyə Ərəbistanının üç şəhərinə çarter reyslər təşkil edəcək


 

AZAL Səudiyyə Ərəbistanının üç şəhərinə çarter reyslər təşkil edəcək<b style="color:red"></b>

"Azərbaycan Hava Yolları" QSC (AZAL) və “PASHA Travel” şirkətləri Səudiyyə Ərəbistanının üç şəhərinə çarter reyslərinin yerinə yetirilməsi barədə razılığa gəliblər.

ONA-ın AZAL-a istinadən verdiyi xəbərə görə, bu günlərdə AZAL-ın Ər-Riyadda keçirilmiş “Azərbaycan şahinin gözü ilə” təqdimatı ərəb ölkələrinin vətəndaşlarının və turoperatorlarının böyük marağına səbəb olub.

Bunun nəticəsi olaraq, “PASHA Travel” altı istiqamətdən üçünə 2019-cu ildə çarter reysləri yerinə yetirəcək: iyunun 7-dən etibarən Bakı-Dammam-Bakı (cümə günləri), iyunun 9-dan Bakı-Əl-Xufuf-Bakı (bazar günləri), iyunun 10-dan isə Bakı-Ər-Riyad-Bakı (bazar ertəsi günləri) reysləri.

Xatırladaq ki, aprelin 8-dən etibarən AZAL Bakıdan Səudiyyə Ərəbistanının Ciddə şəhərinə birbaşa aviareys açıb. Bundan başqa, şirkət iyunun 5-dən etibarən Bakı-Mədinə-Bakı (çərşənbə günləri) və Bakı-Burayda (Əl-Qassim)-Bakı (cədvəl dəqiqləşdirilir) aviareysləri üzrə birbaşa uçuşlara başlamaq niyyətindədir.

 





19.04.2019    çap et  çap et