525.Az

Sağlamlıq imkanları məhdud uşaq və gənclərin sərgisi təşkil edildi


 

Sağlamlıq imkanları məhdud uşaq və gənclərin sərgisi təşkil edildi <b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə nazirliyin sosial müəssisələrinin sakinlərinin, əsasən sağlamlıq imkanları məhdud uşaq və gənclərin “Bahar sevincləri” adlı sərgisi və konsert proqramı təşkil olunub.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iştirak ediblər.

Tədbirdə çıxış edən Sahil Babayev bildirib ki, bu cür sərgilər nazirlik tərəfindən son bir il ərzində artıq 3-cü dəfədir keçirilir.

Nazir Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, sağlamlıq imkanları məhdud uşaq və gənclərin reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının artırılması istiqamətində tədbirlərin ildən-ilə genişləndirildiyini vurğulayıb.

S. Babayev Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu sahədə xüsusi dəstəyini, Fondun həssas qruplardan olan insanların qayğı ilə və reabilitasiya tədbirləri ilə əhatə olunmasında yaxından iştirak etdiyini bildirib.

Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin əl işlərindən ibarət sərgiyə baxıb.

Əl işlərinin müəllifləri ilə söhbət edən Leyla Əliyeva onlara gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb.

Milli kulinariya guşəsinə də baxış olub.

Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti xalçaçılıq guşəsi ilə tanış olub, xalça toxuyan gənclərlə söhbət edib.

İdman guşəsi ilə tanış olan Leyla Əliyeva burada BOCCIA İdman Federasiyasının idmançıları ilə görüşüb.

Sonra konsert proqramı təqdim edilib.

 





19.04.2019    çap et  çap et