525.Az

“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edildi


 

“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edildi <b style="color:red"></b>

“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib.

Trend-in məlumatına görə, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 2 yanvar tarixli 835 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası ilə razılaşdırmaqla, Nazirlər Kabineti “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nı təsdiq edib.

“Azərbaycan dilinin orfoqrafiya qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli 108 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 654; 2015, № 6, maddə 775) 1-ci hissəsi ləğv edilib.

Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 





20.04.2019    çap et  çap et