525.Az

Bill Qeytsin sərvəti 100 milyard dolları ötüb


 

Bill Qeytsin sərvəti 100 milyard dolları ötüb<b style="color:red"></b>

Amerikalı sahibkar Bill Qeytsin sərvəti 100 milyard dolları ötüb.

Trend-in məlumatına görə, "Forbes" jurnalı bildirir ki, onun sərvəti aprelin 16-sı "Microsoft" şirkətinin səhmlərinin qiymətinin qalxması ilə əlaqədar 100 milyard dolları ötüb.

Jurnalın məlumatına əsasən, dünyanın ən varlı insanları sıralamasında B.Qeytsi yalnız "Amazon" şirkətinin rəhbəri Ceff Bezos qabaqlayır. C.Bezosun sərvəti təxminən 153 milyard dollardır.

İlk dəfə B.Qeytsin sərvəti 100 milyard dolları 1999-cu ildə ötüb.

 





20.04.2019    çap et  çap et