525.Az

Lerikə 15 santimetr qar yağdı


 

Lerikə 15 santimetr qar yağdı<b style="color:red"></b>

Lerik rayonuna güclü qar yağıb.

Bu barədə Trend-ə Lerik rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilib ki, rayon ərazisinə qar aprelin 19-dan yağmağa başlayıb:

"Şəhər ərazisində qarın hündürlüyü 3-4 santimetr, dağlıq ərazilərdə isə 10-15 santimetrə çatıb. Hazırda qar yağmaqda davam edir".

İsra Hakimiyyətindən onu da bildiriblər ki, qarın yağması rayon ərazisində güclü şaxta ilə nəticələnməsə də, təsərrüfata ziyansız ötüşməyib:

"Yağan qarın, əsasən, çiçəkləyən meyvə ağaclarına ziyan vurduğunu deyə bilərik. Yolda, kəndlərlə əlaqədə heç bir problem yaranmayıb".

 





20.04.2019    çap et  çap et