525.Az

Jurnalistlər üçün vətəndaşlıq və miqrasiya hüququ mövzusunda seminar - Foto


 

Jurnalistlər üçün vətəndaşlıq və miqrasiya hüququ mövzusunda seminar - <b style="color:red">Foto </b>

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) "Cənubi Qafqazda Avropa Standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi proqramı” çərçivəsində jurnalistlər üçün Nabranda "Vətəndaşlıq və Miqrasiya hüququ: Qanunvericilik və onun tətbiqi” mövzusunda seminara start verilib.

Seminarın ilk günü GİZ-in əməkdaşı Şakir Səfərbəyov tədbir iştirakçılarını salamlayıb, təlimin məqsədindən, gözlənilən nəticələrdən danışıb. 
 
Sonra Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, vəkil Sahib Məmmədov vətəndaşlıq, beynəlxalq təcrübə, Azərbaycanda vətəndaşlıq, vətəndaşlığın mahiyyəti, ikili vətəndaşlıq, çoxvətəndaşlılıq, vətəndaşlığa xitam verilməsi, vətəndaşlıqdan məhrumetmə barədə geniş məlumat verib.
 
Bununla yanaşı, o, yerli və beynəlxalq qanunvericiliyə istinad etməklə miqrasiyanın mahiyyəti, miqrasiya proseslərinin hüquqi tənzimlənməsi, miqrasiya formaları, miqrasiya prosesinin iştirakçıları, miqrasiya proseslərinin nəticələri, əmək miqrasiyası və sairdən söhbət açıb.
 
Seminar qarşılıqlı fikir mübadiləsi şəraitində keçib və jurnalistləri maraqlandıran suallar təlimçi tərəfindən ətraflı cavablandırılıb.  
 
Qeyd edək ki, iki gün davam edəcək seminarın növbəti günü vəkil S.Məmmədov media nümayəndələrinə xarici dövlətdə iş təklifləri, bunun müsbət və mənfi nəticələri, risklərin aradan qaldırılması, miqrasiya proseslərinə mane olan hüquqi normalar və təcrübə mövzusunda məlumatlar verəcək. 
 
Onu da əlavə edək ki, seminarda müxtəlif kütləvi informasiya vasitələrini təmsil edən 20-yə yaxın jurnalist iştirak edir.













 





20.04.2019    çap et  çap et