525.Az

ABŞ səfiri: “Səbirsizliklə Dağlıq Qarabağla bağlı dialoqun davam etdirilməsini gözləyirik”


 

ABŞ səfiri: “Səbirsizliklə Dağlıq Qarabağla bağlı dialoqun davam etdirilməsini gözləyirik”<b style="color:red"></b>

"Görüşün dəqiq vaxtı haqda məlumat yoxdur. Biz xarici işlər nazirlərinin Moskva görüşünü alqışlayırıq və görüşdən sonra səsləndirilən bəyanatdan məmnunluq duyuruq. Biz səbirsizliklə dialoqun davam etdirilməsini gözləyirik”.

ONA-nın xəbərinə görə, bunu Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda gözlənilən görüşünü şərh edərkən ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger bildirib.

O, deyib ki, ABŞ ATƏT-in həmsədr ölkələrindən biridir:

“ATƏT-in və həmsədrlərin məqsədi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli üçün münaqişə tərəflərini bir araya gətirməkdir".

Səfir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn prinsiplərinə - güc tətbiq etməmək, ölkələrin ərazi bütövlüyü, xalqların öz müqəddəratını həll etməsi prinsipləri əsasında həll olunmalıdır.

 





20.04.2019    çap et  çap et