525.Az

Elmar Məmmədyarov Ukraynaya getdi


 

Elmar Məmmədyarov Ukraynaya getdi<b style="color:red"></b>

Bu gün Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-ın 15 illiyi ilə əlaqədar xarici işlər nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Ukraynaya yola düşüb.

525.az-ın XİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, iclas Nazir Elmar Məmmədyarovun sədrliyi ilə keçiriləcək. Tədbirdə Elmar Məmmədyarovun çıxışı nəzərdə tutulub. Həmçinin, səfər müddətində ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.
 


 

 





10.10.2012    çap et  çap et