525.Az

Xoreoqrafiya Akademiyasında rusiyalı sənətkarla görüş


 

Xoreoqrafiya Akademiyasında rusiyalı sənətkarla görüş <b style="color:red"></b>

Məşhur xoreoqraf, Rusiyanın Əməkdar artisti, pedaqoq, professor Azari Mixayloviç  Plisetski Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) qonaq olub.

Əvvəlcə məşhur xoreoqrafı akademiyanın rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev qəbul edib. Fikir mübadiləsi ilə keçən görüşdə gələcək əməkdaşlıq barəsində də danışıqlar olub. Professor Plisetski də rektora onu qəbul etdiyi üçün öz minnətdarlığını bildirərək, akademiya haqqında təəssüratlarını bölüşüb və BXA-da ustad dərsləri keçmək arzusunda olduğunu bildirib.

Daha sonra A.Plisetski tədris işləri üzrə prorektor, professor Sevda Sadıxbəyova və xarici əlaqələr üzrə prorektor, Xalq artisti Təranə Muradova ilə görüşüb. Prorektorlar qonağa BXA-nın tədris prosesi, qəbul qaydaları, beynəlxalq əlaqələr, dünyaca məşhur xoreoqrafların klassik və modern rəqs üzrə keçirilən ustad dərsləri haqqında ətraflı məlumat veriblər. 

Sonda A.Plisetski akademiyanın professor-müəllim, tələbə-şagird heyəti ilə görüşüb və dərslərdə iştirak edib. Dərsdən sonra qonaq ona ünvanlanmış suallara cavab verib.

Hazırda İsveçrədə yaşayan Əməkdar artist A.Plisetski Rusiya da daxil olmaqla bir sıra ölkələrdə ustad dərsləri keçirir.

ŞAHANƏ

 





21.04.2019    çap et  çap et